Türk klassik musiqisinin sevilən ifaçısı, müğənni Oya Ergünün Milli.Az-a müsahibəsi

- Oya xanım, artıq hamı tətildən birbaşa iş başına qayıdıb. Yay fəsli sizin üçün iş, yoxsa istirahət mövsümü oldu?

- Sözün düzü, bu il yay fəslində heç istirahət etmədim. Mən yay ayında çox ciddi işlədim. Yay boyunca barokko musiqi janrı üzrə bir disk çıxardıq. Bu diskdə mənim dünya klassiklərindən ibarət əsərlərim yer aldı. Diskləri Hollandiya və Fransaya da yolladıq və çox gözəl sözlər aldıq. Əslində, mən bundan öncə də 2 disk çıxarmışdım. Diskin birində estrada, digərində isə folklor Azərbaycan musiqisi yer almışdı. Azəri musiqisini çox sevirəm, çox ciddi bir musiqidir. Azərbaycan mənim sənətimdə ciddi bir imza atdı. Bundan sonra dünyanın harasına getsəm, Azərbaycan musiqisi ilə gedəcəyəm.

- Azərbaycan musiqisinə sevginiz necə yarandı?

- Mən uşaq olarkən evimizdəki radioda Rəşid Behbudovun mahnısı səslənmişdi. Bunlardan biri "Yalqızam", digəri isə "Sənə də qalmaz" idi. Müəllifin mahnıları o qədər mənə əziz gəlmişdi ki, adını kağıza yazmışdım. Həmişə Rəşid Behdbudovu axtarırdım. Universitetə daxil olduğum zaman bu musiqinin notlarını tapdım. Hollandiyadakı musiqi məktəbində məzun olduğum zaman imtahan üçün bir əcnəbi mahnı lazım idi. Mən "Yalqızam" mahnısını orada səsləndirdim.

- Azərbaycan musiqisində bəyəndiyiniz xüsusi bir şey nədir?

- Azərbaycan musiqisində bəyəndiyim ən gözəl şey folklor musiqisinin orkestr ilə müşayiətidir. Azərbaycan vaxtilə öz musiqisinə çox sahib çıxıb. Musiqiniz çox dərin və zəngin musiqidir. Hollandiyada folklor musiqisi yoxdur, amma Azərbaycanda folklor musiqisi, həqiqətən, bir xəzinədir.

- Klassik musiqiyə bəlli bir təbəqə qulaq asır. Bu musiqini insanlar arasında necə yaymaq daha asandır?

- Bu, əslində, 100 illərin bir problemidir. Klassik musiqiyə həmişə az təbəqə qulaq asmışdır. Bu musiqini ən gözəl klassik musiqiçi Pavoritti yaymışdı. O, boks salonlarında, stadionlarda konsertlər vermişdi ki, insanlar daha həvəsli olsunlar. Klassik musiqiyə uzun zamanlar lazımdır. Tamaşaçının da bəlli bir səviyyədə olması lazımdır. Bu muqisinin az sevilməsinin digər bir tərəfi də musiqini ilk siniflərdən tədris etməmələridir.

- Siz nə vaxtsa pedaqoq kimi çalışmaq istərdinizmi?

- Mən Azərbaycana həyat yoldaşımın işi üçün gəlmişəm. Bu ildən artıq mən Milli Konservatoriyada çalışmağs başlamışam. Ayrıca həmin sənət fakültəsində doktoranturada oxuyuram. Vaxtında uşaqlar ilə çox işləmişəm. Müəllimliyi çox sevirəm və istəyirəm ki, bunu tələbələrimə də tədris edim.

- Deməli, həyat yoldaşınızın sevgisi sizi Azərbaycana gətirib. Nə vaxtsa xəyal edirdinizmi Bakıda yaşayacaqsız?

- Azərbaycana gələndə oğlum çox balacaydı. Yoldaşım da tək getsəydi, bizim ailəmiz bütöv olmayacaqdı. Mənim üçün ailə hər şeydən önəmlidir. Əslində, bu, bir fədakarlıq idi. Çünki çox yaxşı işim vardı, orada konsertlərə daha çox gedirdim. Düzdü, burada da konsertlər verirəm, təkcə pul qazana bilmirəm (gülür).

- Niyə?

- Klassik musiqidən pul qazanmaq çox çətin bir işdir. Siz mənim üçün bir çox estrada, pop, hətta caz sənətkarlarının adını saya bilərsiz. Amma sizdən soruşsam ki, dünyada klassik musiqidə ən çox tanınan 10 skripkaçının adını deyin, bunu bilməzsiniz. Bizim öz aləmimiz var. Çox kiçik də olsa, sanballı sənətlə məşğuluq.

- Ümumiyyətlə, toylara dəvət alırsınızmı?

- İndiyə kimi bir ailə dostumuzun, bir qohumumuzun və bir də öz toyumda oxumuşam. Heç birində də pul qazanmamışam (gülür). Hazırda da toylarda oxumağım üçün mənə dəvət gəlir, buna qarşı deyiləm. Təbii ki, insan zəhməti ilə pul qazanmalıdır. Amma mənim bir övladım və axşam evə yorğun gələn həyat yoldaşım var. Ona görə də toylara getməyə vaxtım yoxdur. Bundan əlavə də orada mən klassik musiqi ifa edərkən onu çox az adam başa düşəcək. Mən istərdim ki, toyda, həqiqətən, məni dinləsinlər. Klassik musiqim ilə toydakı insanları əyləndirə bilməyəcəyimi bilirəm.

- Azərbaycanın şou-biznesi ilə yaxından tanış olmusunuzmu?

- Mən sizin şou-biznesinizi kənardan izləyirəm və həqiqətən də, savadlı, səviyyəli müğənniləri görürəm. Məsələn, Azərinin, Tünzalə Ağayevanın və Ülvi Qılıncın adını çəkə bilərəm. Amma mənim etdiyim iş şou-biznes deyil. Şou-biznesdə olsaydım, daha çox pul qazanmaq şansım olardı.

- Klassik musiqi ilə məşhurlaşmaq mümkündürmü?

- Məşhurluq mənim üçün qətiyyən önəmli deyildir. Mən burada 10 nəfərdən soruşsam, bəlkə də Alim Qasımovu tanımaya bilər, amma Belçikada Alim Qasımovu tanıyırlar. Halbuki, Alim Qasımov da şou-biznes deyil.

- Alim Qasımovdan söz düşmüşkən, bu günlərdə qonağınız olmuşdu. Bu, bir iş görüşməsi idi, yoxsa, sadəcə, qonaq gəlmişdi?

- Mən Alim Qasımovla Belçikadakı konsertindən sonra tanış olduq. Sonra da Bakıda eyni səhnəni paylaşdıq. Mən onun çox böyük heyranı idim. Qızı Fərqanə xanımla tanış idim, heyranlığımı ona demişdim. Alim Qasımovun mənim evimdə olması böyük bir şərəfdir. Qarşıda bizim çox işlərimiz olacaq.

- Deməyin ki, muğam ifa edəcəksiz...

- Mən muğam oxusam, kim bilir, bəlkə də o opera ifa edəcək (gülür). Təbii ki, bu, bir zarafatdır. Mən muğam ifa etmişəm, muğamı klassik müğənni necə oxuyubsa, o cür oxumuşam. Qarşıdan da çox gözəl və möhtəşəm konsertlərimiz gəlir. İnşallah, yeni işlərimlə klassika sevərləri sevindirəcəyəm.

Əli Rəhimoğlu
Milli.Az

Türk müğənnisi Alim Qasımova olan sevgisindən danışdı: "Mən muğam, o isə opera oxuyacaq" - FOTO