"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib
14:22 7 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neftçi” heyətini gücləndirmək üçün yeni futbolçuları baxışa çağırıb. 
"Report"un klub saytına istinadən verdiyi məlumata görə, futbolçuların hər 3-ü legionerdr.
Baxışda olanlardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir.
31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç "Srvena Zvezda", "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo", "Srem Mitrovitsa" klublarının, eləcə də Çernoqoriya "Lovçen"inin və Belçika "Lyers"inin qapısını qoruyub.
Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.
Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə "Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarının da şərəfini qoruyub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR