Əri həbsdə olan müğənni Ebru Gündeş ötən gün restoranların birində səhnəyə çıxıb.
Milli.Az "Cadde"yə istinadla bildirir ki, müğənni çıxışda jurnalistlərin Rza Zərrabla bağlı suallarını cavabsız qoyub. O, müxbirlərə "sağolun ki, gəldiniz" deyərək məkandan uzaqlaşıb.
Qeyd edək ki, onu dinləməyə gələnlər arasında məşhur kanal rəhbəri Acun Ilıcalı da olub.
Milli.Az