Müsavat Partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub

Müsavat Partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub
16:17 14 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı dəvət əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olub.
Bu barədə "Report"a A.Hacılı məlumat verib.
O deyib ki, BMCMİ-də idarənin rəhbər şəxsləri ilə görüşüb: "Mənə bildirildi ki, Azərbaycanda son dövrlər dini cərəyanların fəallığı artır. Bu cərəyanların bir çoxu Azərbaycana dost olmayan mərkəzlər tərəfindən idarə olunur. Qeyd edildi ki, siyasi qüvvələr bu cərəyanların fəaliyyətindən siyasi məqsədlər üçün istifadə edəcəklərsə, sərt tədbirlər görüləcək. Mən də bildirdim ki, Müsavat Partiyasının radikal dini cərəyanlarla əlaqəsi yoxdur, ola da bilməz".
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP sədrinin müavini Gözəl Bayramlı da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olublar.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/musavat-partiyasinin-basqani-bas-mutesekkil-cinayetkarliqla-mubarize-i-daresinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR