Rza Zərrab və Ebru ilə bağlı yeni İDDİA

Rza Zərrab və Ebru ilə bağlı yeni İDDİA
15:05 17 Oktyabr 2016
263 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur cütlüyü, boşanma ərəfəsində olduğu deyilən Rza Zərrab və Ebru Gündeş ilə bağlı yeni iddialar yayılıb.

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, iddialara görə, ikili boşanmayacaq. Belə ki, onlar bir-birlərinə inad olsun deyə belə xəbərləri qəsdən yayıblar. 

Rza həbsxanaya salındığı zaman Ebru qızını da götürüb Türkiyəyə gəlib. Rza həbsxanada qızı üçün darıxıb. O, Ebrudan qızını gətirməsini tələb edib, Ebru da onun təklifini rədd edib. Buna görə də ikili boşanmağa qərar verib.

Qeyd edək ki, onların boşanması haqqında xəbərlər uzun müddət əvvəl yayılsa da, nə Rza Zərrab Ebrunu, nə də Ebru Gündeş ərini məhkəməyə verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR