Arif Babayev 30 illik "Leyli"si ilə - FOTO

Arif Babayev 30 illik "Leyli"si ilə - FOTO
17:37 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Opera səhnəmizin ən parlaq Leylisi və Məcnunu uzun illərdən sonra birlikdə foto çəkdiriblər.

Milli.Az publika.az-a istinadən bildirir ki, xalq artistləri Zeynəb Xanlarova ilə ustad xanəndə Arif Babayev tədbirlərin birində fotokameralara tuş gəliblər.

Həmin fotonu xalq artisti, xanəndənin tələbəsi Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb.

İllərin sənətkarları fotonu maraqla izləyiblər.

Qeyd edək ki, Azərbaycan səhnəsinin ən coşqun, parlaq, maraqlı xarakterli "Leyli"lərindən biri Zeynəb Xanlarova olub. Onun xalq artisti Arif Babayevlə iştirak etdiyi "Leyli və Məcnun" operası bütünlüklə lentə yazılıb. Tamaşaçılar bu sənətkarların ötən fəaliyyətlərinə istədikləri vaxt baxa bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR