Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO

Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO
14:47 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Gülyaz Məmmədova uzun illərdir ki, teatrda çalışır. O arzuladığı obrazlar haqqında fikirlərini Milli.Az-a danışıb:

"1992-ci ildən Opera və Balet Teatrında çalışıram. Telli kimi də, Şahsənəm kimi də səhnəyə çıxmışam. Rolun böyüyü-kiçiyi yoxdur. Həmişə də sevə-sevə tamaşalar oynamışam. Ən çox arzuladığım rol Leyli rolu idi. Bu rola həvəs də Zeynəb Xanlarovanın səhnədəki roluna baxandan sonra yaranıb. O vaxt Zeynəb xanım bu rolu oynayanda mən ona həsrətlə baxırdım. Leyli mənim üçün əlçatmaz bir obraz idi. Şükür Allaha ki, onu da Allah mənə qismət edib. Bu günlərdə "Aşıq Qərib" tamaşasında Şahsənəm kimi səhnəyə çıxacağam".

Əli Rəhimoğlu

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR