“Nabat” filmi “Palm Springs” beynəlxalq film festivalında nümayiş olunub

16:37 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:36 ]

Bakı. Cavid Zeynallı - APA. “Nabat” bədii filmi 26-cı “Palm Springs” Beynəlxalq film festivalında nümayiş olunub.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festivalın “Award Buzz” proqramında yer alan filmin təqdimatı Los Angeles şəhərinin “Palm Springs Regal” kinoteatrında baş tutub.

 

Kinostudiyadan bildiriblər ki, bu, “Nabat”ın ABŞ-da ikinci nümayişidir.

 

Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi yanvarın 6-da “Palm Canyon Theatre” kinoteatrında keçiriləcək.

 

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR