Çempionlar Liqasının 2017/18 mövsümünün daha bir iştirakçısı müəyyənləşib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveç çempionu adını qazanan "Malmö" qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.
Malmönün eyniadlı təmsilçisi çempionatın sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Son 4 ildə 3-cü dəfə yarışın qalibi olan komanda "Falkenberq"i 3:0 hesabı ilə yenməklə bunu rəsmiləşdirib. "Malmö"nün ən yaxın izləyicisi "Norçepinq" isə "Elfsborq"a uduzub - 1:2. 28 turdan sonra 63 xalı olan komanda izləyicisindən 7 xal uzaqlaşıb.
Qeyd edək ki, bu, "Malmö"nün tarixində 22-ci çempionluq olub.
Milli.Az