İlham Əliyev: "Yeni infrastruktur və binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir"

İlham Əliyev: "Yeni infrastruktur və binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir"
12:05 18 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yeni infrastruktur və binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı tarixi şəhərdir, qədim şəhərdir: "Tarixi Bakı bu gün görə biləcəyiniz qədim şəhər divarı ilə əhatə olunub. Yeri gəlmişkən, İçərişəhər dünya irsi kimi UNESCO tərəfindən qorunur. Əlbəttə ki, bizi narahat edən məsələ öz tarixi irsimizi qorumaqdır. Bakının çoxsaylı tarixi binaları XIX əsrdə Azərbaycanda ilk neft bumu yaşananda inşa olunub. Bu binalar dövlət tərəfindən də qorunur. Lakin şəhər inkişaf edir və biz vətəndaşlarımız üçün yaxşı şərait yaratmalıyıq. Buna görə də yeni infrastrukturun, müasir müəssisələrin və yeni binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir. Düşünürəm ki, biz bunun öhdəsindən gəlmişik".

İlham Əliyev hesab edir ki, müasir və tarixi binalar arasında heç bir ziddiyyət yoxdur: "Əksinə, siz İçərişəhərdən çıxıb yolu keçərək özünüzü ən uzun bulvarlardan biri olan 16 kilometrlik Dənizkənarı Parkda və müasir mühitdə tapa bilərsiniz. Biz tikintinin inkişafını diqqətlə izləyirik və ona nəzarət edirik ki, yeni binalar müasir memarlığa uyğunlaşsın. Onlardan biri sizin dünən olduğunuz Heydər Əliyev Mərkəzidir. Heydər Əliyev Mərkəzi bir çox beynəlxalq mükafatlara layiq görülüb və mən şəxsən hesab edirəm ki, o, məşhur memar Zaha Hadidin ən yaxşı incəsənət əsəridir və Mərkəz dünya kataloqlarındadır. Bakının digər yeni bir rəmzi "Alov Qüllələri"dir. Bu da şah əsərdir. Sizin istinad etdiyiniz və Sidney Opera Evinə oxşayan bina isə yeni tikinti kimi görünə bilər. O, Xəzər dənizində yerləşir, eləcə də "Marriott" otelinin yanında yerləşən yeni inşa edilmiş oteldir. Yeri gəlmişkən, o, Koreya memarları tərəfindən layihələndirilib. Beləliklə, bu, inkişafın göstəricisidir və çox şadam ki, sizin Bakıda gördüyünüz yeni inşa olunmuş binaların mütləq əksəriyyəti özəl sektor - yerli və xarici şirkətlər tərəfindən maliyyələşdirilib. Bu, onu göstərir ki, şirkətlərin burada çalışmağa çox böyük marağı var. Bunun üçün potensial və dinamika var. Bilirəm ki, sakinlərimiz Bakının dünyanın ən gözəl şəhərlərindən biri olması ilə fəxr edirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR