Xalq artisti: "İstəmirəm məni belə görsünlər"

Xalq artisti: "İstəmirəm məni belə görsünlər"
15:47 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkən sənət dostu Ağaxan Abdullayevə Allahdan şəfa diləyib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xanəndə özünün də vəziyyətinin ürəkaçan olmadığını deyib:

"Ağaxan böyük sənətkardır, xəstəliklə mübarizə aparır, Allah ona can sağlığı versin. Mən də xəstəliklə mübarizə apara-apara yaşayıram. Qocalıq öz sözünü deyib. Evdən heç yerə çıxmıram. Özüm istəmirəm, kimsə məni xəstə halımda görsün. Dəfələrlə jurnalistlər sizin kimi zəng edirlər, efirə çağırırlar, sağ olsunlar. Müsahibə üçün şəkil də çəkdirmək istəyirlər. Məndən inciməyin, istəmirəm. Yaşlı, xəstə adamam, azğımdan elə söz çıxar, kiminsə xətrinə dəyərəm, sonra peşman olaram. Elə sənət dostlarım da zəng edir, hal-əhval tutur. Heç kimlə görüşmək istəmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/490808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR