Əmrə Çolak ikinci dəfə "Deportivo"da ayın oyunçusu seçilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Belə ki, azarkeşlərin səsverməsi nəticəsində sentyabrda olduğu kimi, oktyabrın da ən yaxşı oyunçusu kimi Əmrə Çolak olub.

Ümumi səsverənlərin 58%-nin etimadını qazanan Çolak Xuanfran (24%) və Sidneyi (18%) geridə qoyub.

Qeyd edək ki, oktyabr ayında "Deportivo" ilə 7 oyuna çıxan Əmrə ümumilikdə 596 dəqiqə meydanda olub.

Milli.Az