"Report" xəbər verir ki, ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 300 ali təhsil ocağı yer alıb. Reytinqin tərtibi zamanı aşağıdakı göstəricilər nəzərə alınıb: işəgötürənlər arasında nüfuzu, onlar ilə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi.
Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur.
Reytinqdə ən yaxşı 5 universitet bunlardır: Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (ABŞ), Tsinhua Universiteti (Çin), Sidney Universiteti (Avstraliya) və Kembric Universiteti (Böyük Britaniya).