Avstraliyanın Sidney şəhərində güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb. Onlardan biri uşaq olmaqla 5-i yanıq xəsarətı alıb.

Partlayışın ictimai iaşə obyektlərindən birinin sahəsində qeydə alındığı bildirilir.

Hadisənin səbəbi kimi ilkin olaraq qaz sızması göstərilir.

Araşdırma aparılır.

Milli.Az