Qlobal istiqraz bazarı noyabrda 1,7 trln. dollar azalıb

Qlobal istiqraz bazarı noyabrda 1,7 trln. dollar azalıb
13:37 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Qlobal istiqraz bazarı noyabr ayında rekord həcmdə - 1,7 trln. ABŞ dollar itki ilə üzləşib. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu məlumatı "Bloomberg" agentliyi yayıb. 
Hesabat dövründə dünya fond birjalarının kapitallaşma dəyəri 635 mlrd. dollar artım göstərib. Buna səbəb kimi Agentlik ABŞ-da iqtisadi artım tempinin güclənməsi və ABŞ-ın yeni prezidentinin vergiləri azaldaraq 1 trln. dollarlıq vəsaitin infrastruktur layihələrinə yönədiləcəyi barədə fikir səsləndirməsi olub. Açıqlamalar investorların iqtiqrazları satmasına və səhm bazarına yönəltməsinə səbəb olub.
ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı gözləntilər və gələn ildən bunu ildə bir dəfədən çox həyata keçirməsi inflyasiya gözləntilərinin artmasına və mərkəzi bankların daha az istiqraz almasına səbəb olacağını göstərir. İnvestorlar Donald Tramöın prezident seçilməsindən sonrakı iki həftə ərzində ABŞ-da 10,7 mlrd. dollarlıq istiqraz satışı həyata keçirilib. Bu, 2013-cü ildən sonra ən yüksək kapital axını sayılır. 
Avstraliyanın Sidney şəhərində yerləşən "Nikko Asset Management" investisiya şirkətinin valyuta və faizlər üzrə baş strategiya mütəxəssisi Rocer Bridcesə (Roger Bridges) görə, bu, istiqraz bazarında yüksəliş trendinin bitməsi kimi qəbul olunub. Belə ki, noyabr ayında ABŞ-ın 10 illik dövlət istiqrazlarının faiz dərəcəsi 56 bənd artaraq 2,39%-ə çatıb. R.Bridces istiqrazların faizlərinin artmasını mərkəzi bankların monetar ekspansiya proqramı çərçivəsində alışı azaltması kimi qəbul edir və dekabrın 8-də Avropa Mərkəzi Bankının (ECB) istiqraz alışını azaltmaq barədə fikirlərinin səslənə biləcəyinə diqqət yetirməyi təklif edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qlobal-istiqraz-bazari-noyabrda-1-7-trln-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR