Bu gün akademik, yazıçı Kamal Abdullanın 66 yaşı tamam olur.
Publika.az bu münasibətlə Kamal Abdullanı təbrik edir və onun həyat yolunu əhatə edən 66 fotonu təqdim edir.
- Uşaqlıq illərim… Hələ ki pillələrlə tanış oluram…

- Məktəb illəri… Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.

- Məktəb illərindən növbəti bir xatirə…

- Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında.

- Cavanlıq… İnsan ömrünün hər çağı gözəldir.

- Orta məktəb dostları. «Nə xoşbəxt imişəm bir zaman, Allah…».

- 1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.

- Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.

- Oljas Süleymenovla… Onu tanıtmağa ehtiyac yoxdur.

- Onu kim unudar?! — Aydın Məmmədov…

- Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.

- İran, Tehran şəhəri. Beqdelinin evində.

- Anar və Fərhad Bədəlbəyli ilə…

- Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.

- Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.

- Roma «xərabəlikləri»…

- Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.

- Böyük alim Azad Mirzəcanzadə ilə birgə yazdığımız «Bakı Slavyan Universitetində Mühazirələr» kitabının təqdimat mərasimində. Çıxış edir professor Aydın Ələkbərli.

- İki bölüm başqanı — Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.

- Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə…

- Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.

- Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində…

- Ramiz Rövşən və Vaqif Bayatlı… Şair dostlar arasında.

- Orta məktəb müəlliməm Şərqiyə xanımla…

- 2002-ci il Roma Papası Azərbaycanda olarkən…

- Dostum Rəşad Məcid…

- Unudulmaz Vaqif İbrahimoğlu ilə.

- Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik…

- Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri «Yarımçıq əlyazma»nın fransız nəşrini təqdim edir.

- İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.

- Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.

- Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik…

- Düşüncələr adamı çox uzaqlara apara bilir…

- Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır… Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.

- Vaqiflə. YUĞ-da. Deyəsən, «Dəvə yağışı»nın premyerasından sonra. İndi Vaqif mənim «deyəsən» sözümə oralardan gülür…

- Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.

- Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə…

- ABŞ. Kolumbiya Universiteti. «Avrasiyaçılıq» mövzusunda məruzə edərkən…

- Moskva. Rusiya Yazıçılar İttifaqı. «Qospodin doroqi» şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.

- 2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.

- Venesiyada…

- Mətnlə baş-başa…

- Dövlət səviyyəli tədbirdi. Akademik Ramiz Mehdiyev, Təhsil Naziri Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Sergey Narışkin, Rusiyanın keçmiş təhsil naziri Andrey Fursenko… Bakı Slavyan Universitetinə yığışmışıq.

- Millət vəkil xanım Elmira Axundova ilə.

- Sözün sehrində…

- «Yarımçıq əlyazma»nın italyanca ilk nəşrinin üz qabığı

- «Yarımçıq əlyazma»nın İtaliyada təqdimat afişası

- Kamal Abdulla italyan oxucular üçün «Yarımçıq əlyazma»nı imzalayır

- Sandro Teti Nəşr evinin rəsmi səhifəsində
-

- İtaliyanin RAİ-4 televiziyasında
-

- Roma kitab yarmarkasında «Yarımçıq əlyazma»nın təqdimat və müzakirəsi
-

- İtalya naşir Sandro Teti ilə
-

- İtaliya televiziyasında
-

- Gürcüstanda Tbilisi Dövlət Universitetində «Azərbaycan multikulturalizmi» fənninin ilk dərsi
-

- Gürcüstanda Tbilisi Dövlət Universitetində «Azərbaycan multikulturalizmi» fənninin ilk dərsi
-

- Gürcüstanda Tbilisi Dövlət Universitetində «Azərbaycan multikulturalizmi» fənninin ilk dərsi

- Kamal Abdulla və Umberto Eko

- Dahi yazıçı Umberto Eko və onun həyat yoldaşı ilə — Umberto Ekonun evində


- Sim-sim.az saytının açılış tədbirindən

- Şair Qismətlə

- ABŞ senatorları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
- Sim-sim.az




