Prezident İlham Əliyev xalq artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib
Paylaş
110 baxış·1 dəq oxu
Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə, görkəmli müğənni, xalq artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib. "Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.