Gəzir ölkələri nəğməm dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada…

O, həqiqətən də, xoşbəxtdir. Xoşbəxtdir ona görə ki, bütün zamanlarda sevilib, dinlənilib, zövqləri oxşayıb. Xoşbəxtdir ki, nəğmələri ilə el-el, oba-oba gəzib. Nəinki ölkəmizdə, dünyada tanınıb, arzulanıb. O xoşbəxt musiqiçi SSRİ xalq artisti, dünya şöhrətli sənətkar, əfsanəvi müğənni Zeynəb Xanlarovadır.

Publika.az xəbər verir ki, bu gün onun doğum günüdür. Sənətkarın yaşı olmur. Zeynəb Xanlarova da bizlər üçün hər zaman gənc və cazibədardır.

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda dünyaya göz açıb. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSRİ Dövlət mükafatı laureatıdır.

Cəvahir

Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO
Dünyanın xoşbəxti mənəm dünyada… -VİDEO