Bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.
Publika.az xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib.
İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov qeydiyyat və gündəliyin təsdiqindən sonra bildirib ki, iki gün bundan əvvəl xoş bir hadisə yaşanıb:
“Azərbaycanın xalq artisti, deputat həmkarımız Zeynəb xanım Xanlarovanın 80 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ona ən yüksək orden, “Heydər Əliyev Ordeni” təqdim olunub. Bu münasibətlə Zeynəb xanımı həm öz, həm də Milli Məclisin üzvləri adından təbrik edirəm”.
Deputatlar isə Oqtay Əsədovun bu çıxışını alqışlayıblar.
Vasif Həsənli