Avstraliyanın Sidney şəhərində təqribən bir milyona yaxın insan körfəz üzərindəki səmanı işıqlandıran və 10 dəqiqə davam edən Yeni il atəşfəşanlığını maraqla izləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gecə saat 12-dən sonra açılan təqribən 100 min atəş Sidney Opera Teatrının binası üzərindəki səmanı al-əlvan rənglərə boyayıb. Atəşfəşanlıq zamanı fişənglər körfəzdəki gəmilərdə və Harbor körpüsündə yerləşdirilmiş toplardan atılıb.
Tanınmış müğənnilər Prins və Devid Bouini 2016-cı ildə dünyasını dəyişən musiqi xadimlərinə və ifaçılara həsr olunan mahnılar səsləndiriblər.
Milli.Az