"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib.
Amma nazir əməliyyatın dəqiq nə vaxt başa çatacağı tarixi söyləməyib. Onun sözlərinə görə, tezliklə 120 min kvadrat km sahədə aparılmış axtarış işləri üzrə yekun hesabat təqdim olunacaq.
Xatırladaq ki, "Malaysia Airlines" şirkətinə məxsus təyyarə 2014-cü il martın 8-də Kuala Lumpurdan Pekinə uçarkən Hind okeanı üzərində radarlardan itib. Təyyarənin axtarışları nəticə verməyib.