Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya səfərə yola düşüb
Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, xarici işlər naziri Elmar Məmmədyarov 19 yanvar 2017-ci il tarixində Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziyaya səfərə yola düşüb.
Səfər əsnasında nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və tədbirdə çıxışı nəzərdə tutulub.
Milli.Az