XİN-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin, nazirlər beynəlxalq gündəliyə aid olan mövzular, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.
Elmar Məmmədyarov 19 yanvar tarixində Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İƏT xarici işlər nazirlərinin fövqəladə iclası Rohinqiya müsəlmanlarının vəziyyətinə həsr olunub.