Böyük Britaniyanın Antarktika İdarəsi materikdə 40 kilometr uzunluğundakı çat aşkar edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə “Halley VI” milli stansiya fəaliyyətini müvəqqəti dayandırıb.
Nəhəng çatın yaranmasının səbəbi qlobal istiləşmə göstərilir. Nəhəng çatın görüntülərinin yer aldığı çarx dronun köməyi ilə çəkilib.
Qeyd edək ki, bu gün alimlər tez-tez atmosferdə karbon qazının miqdarının artımı haqqında təhlükəli siqnallar verirlər. Bu, ehtimal ki, planetdə temperaturun səviyyəsinin artmasına səbəb olacaq. Əgər temperatur artarsa, buzlar əriməyə başlayacaq.
Bakı su altında qalacaq, Xəzərlə Qara dəniz birləşəcək – VİDEO/FOTO
Əgər temperatur artarsa, buzlar əriməyə başlayacaq.