Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Milli.Az xəbər verir ki, konsertdə Respublikanın xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, "Səs Azərbaycan" müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, "Aysel" rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak edəcəklər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.

Biletlərin qiyməti 10-40 manat təşkil edir. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Konsertin informasiya dəstəyi Trend.az, Milli.az və Day.az-a məxsusdur.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək - FOTO