Azərbaycanlı deputatlar Avropada etirazla qarşılandılar - FOTO

Azərbaycanlı deputatlar Avropada etirazla qarşılandılar - FOTO
12:22 2 Fevral 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Milli Məclis üzvlərinin Lüksemburq Parlamentində görüşləri keçirilib.

Diasporla İş üzrə Dövlət komitəsindən Milli.Az-a verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lobbiçilik istiqamətində həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan- Lüksemburq parlamentlərarası dostluq qrupunun ilk rəsmi görüşü keçirilib. Lüksemburq Deputatlar Palatasının sədri Mars Di Bartolomeonun rəsmi dəvəti ilə Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova və millət vəkili Sabir Hacıyev bu ölkəyə səfər edərək, parlamentdə bir sıra görüşlər keçiriblər.

Nümayəndə heyəti Deputatlar Palatasının sədri Mars Di Bartolomeo, Xarici və Avropa Məsələləri, Müdafiə, Əməkdaşlıq Komitəsinin sədri Mark Angel, Mədəniyyət üzrə dövlət katibi Guy Arendt və digər rəsmilərlərlə görüşüb. Bütün görüşlərdə nümayəndə heyətini BAK prezidenti Sahil Qasımov və Azərbaycanın Belçikadakı səfirliyinin müşaviri Elçin Bəşirov müşayiət ediblər.

Bir neçə gün davam edən səfər zamanı Lüksemburqun Parlament binası və Parlament meydanında Azərbaycanın bayrağı dalğalanıb. Səfərin ilk günü nümayəndə heyəti Parlament binası qarşısında erməni diasporunun etiraz aksiyası ilə qarşılansa da, bu, görüşlərin yüksək səviyyədə keçirilməsinə və proqramına mane olmayıb. Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun səfəri və keçirdiyi görüşlər yerli mediada geniş işıqlandırılıb.
 

Qeyd edək ki, səfərin təşkilati işləri ilə əlaqədar olaraq BAK prezidenti Sahil Qasımov və qurumun Lüksemburqdakı ofisinin rəhbəri Jak Henkslə birlikdə Parlamentin I vitse-spikeri J.Lorenlə, həmçinin Lüksemburq Xalq Partiyasının üzvləri ilə bir neçə dəfə görüşərək, təşkilati məsələlərlə bağlı müzakirə aparıblar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR