Qarsda möhtəşəm TANAP konserti (FOTO)

Qarsda möhtəşəm TANAP konserti (FOTO)
11:41 17 Mart 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarsda Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməlqoyma mərasiminə həsr olunmuş möhtəşəm konsert təşkil olunub.

ANS PRESS-in məlumatına görə, İsmayıl Aydəmir İdman Salonunda pulsuz gerçəkləşdirilən xalq konsertini təxminən 4 min 500 qarslı izləyib.

Konsertdən əvvəl qarslıları salamlayan SOCAR Türkiyə baş icraçı direktoru Kənan Yavuz çıxışında: “Türk tarixinin ən böyük layihəsi olan TANAP, Bakıda yatan şəhidlərimizi Çanaqqalada yatan şəhidlərimizlə bir araya gətirəcək. Bu layihə ilə Bakıda yatan min 130 nəfər türk şəhidi, Çanaqqalada yatan yüz minlərlə şəhidimizə salam yetirəcək. Bakı fatehi Nuri Paşa, Çanaqqalanın fatehi Mustafa Kamal Paşaya salam göndərəcək”,- deyib.

SOCAR prezidenti Rövnəq Abdullayevin də qatıldığı tədbirdə Qars bələdiyyə sədri Murtaza Karaçanta da qısa nitq söyləyib: “TANAP layihəsi Xəzərdən Çanaqqalaya qədər uzanır. Bu önəmli layihənin təməlqoyma mərasimini Qarsda keçirmələri bizlər üçün böyük bir qürurdur. SOCAR-dan bu cür layihələrin davamını gözləyirik”,- deyib.

Azərbaycanın sənətçilərı Azərin, Samir Piriyev, “Natiq” ritm qrupu və Türkiyəli müğənni Kıraçın iştirakı ilə keçirilən konsertdə ən gözəl türk və Azərbaycan mahnıları səsləndirilib.

















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=332345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR