Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inin 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib.
Milli.Az "Dailymail"ə istinadla bildirir ki, həmin anın görüntüləri yayılıb. Görüntülərdə qadının onu zəhərləməsi, liderin qardaşının yerə yıxılması əks olunub.
Görüntülərə görə, cins geyinən qadın onu geri çəkərkən başqa bir qadın onun üzünə zəhərli maddə püskürdüb.
Daha sonra liderin qardaşı mühafizəçilərə üzünə zəhər püskürdüldüyünü söyləməyə çalışıb.
Qardaşının qurduğu rejimə qarşı çıxan Kim Çen Nam Malaziya aeroportunda ölü halda tapılıb.
Malaziya polisi hadisə ilə əlaqədar olaraq Şimali Koreyanın məşhur kimya mütəxəssisini saxlayıb.
47 yaşlı Ri Jong-chol onun ölümündə şübhəli bilinir.
Polis, həmçinin sui-qəsdin baş tutduğu gün həmin hava limanından uçan 4 koreyalını da saxlayıb.
İddialara görə, həmin 4 nəfər Kim Çen Namı öldürmək üçün Malaziyaya göndəriliblər.
Məsələ ilə bağlı araşdırma davam edir:
Milli.Az hadisə ilə bağlı saxlanılan şübhəlilərin görüntülərini təqdim edir:
Bəxtiyar Umarlı
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:




















