"Hacının yerinə mən danışacam"-Milli Məclis polemikası

"Hacının yerinə mən danışacam"-Milli Məclis polemikası
13:49 17 Mart 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Parlamentin bu gün keçirilən iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı spikerlə deputat arasında mübahisə yaranıb.

 

Lent.az-ın məlumatına görə, söz alan deputat Zahid Oruc reqlamentdə nəzərdə tutulan 5 dəqiqə əvəzinə 10 dəqiqə çıxış etmək üçün spikerdən şərait yaratmasını xahiş edib.

 

Deputat deyib ki, bəzi Həccdə olmuş deputat həmkarları də öz çıxış vaxtlarını ona verib və əmindir ki spiker də buna etiraz etməz.

 

Spikerin isə ona cavabı belə olub: “Sən də nə vaxtdan hacı olmusan? Kim vaxtını sənə verib?”

 

Deputat cavab verib: “Hörmətli həmkarım Hacı Madər Musayev mənə söz vermişdi kİ. növbəti 5 illiyə deputat seçilsək, bütün çıxış vaxtlarını mənə verəcək”.

 

Spiker onun sözünü yarıda kəsib: “Elə ona görə də o imkanı sənə verməyəcəm. 5 dəqqəlik danış”.

 

Deputat mübahisəni davam etdirməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR