Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərə görə, qadınlardan biri Kim Çen Namın gözlərini əlləri ilə bağlayıb, digəri isə onun kürəyinə zəhərli iynə batırıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, hadisə ilə əlaqədar Şimali Koreyanın məşhur kimya mütəxəssisi də daxil olmaqla, 4 nəfər saxlanılıb. Saxlanılan qadınlardan birinin ötən il Vyetnamda keçirilən "Yeni ulduz" mahnı müsabiqəsində iştirak etdiyi ehtimal olunur.

"Mirror"un əldə etdiyi görüntülərə görə, Kim Çen Namın cinayətində şübhəli olaraq saxlanılan Doan Thi Huonq Vyetnamın mahnı müsabiqəsinə qatılan iştirakçıya həddindən artıq bənzəyir.

Milli.Az görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Liderin qardaşını öldürən qadın əvvəllər "Yeni Ulduz"a "qatılıb" - VİDEO - FOTOLiderin qardaşını öldürən qadın əvvəllər

Liderin qardaşını öldürən qadın əvvəllər "Yeni Ulduz"a "qatılıb" - VİDEO - FOTO