Bu gözəldən qatil olarmı? - FOTO/VİDEO

Bu gözəldən qatil olarmı? - FOTO/VİDEO
19:48 23 Fevral 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölümündə şübhəli bilinən qadınlardan biri Doan Thi Huonqla bağlı maraqlı detallar üzə çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun sui-qəsd zamanı üzərində olan bluzla hadisədən bir neçə gün əvvəl selfi çəkərək sosial şəbəkədə paylaşdığı məlum olub.

Gənc qadın hadisənin baş verdiyi Kuala-Lumpur beynəlxalq hava limanında üzərində LOL yazılan ağ rəngli bluzla görünüb. Qadın bundan bir neçə gün əvvəl “Feysbuk”da eyni bluzla çəkilmiş bir selfi paylaşıb.

28 yaşındakı Doan Thi Huonqun ötən il iyun ayında Vyetnamda keçirilən "Yeni ulduz" mahnı müsabiqəsində iştirak etdiyi bildirilir. Gənc qadın müsabiqənin ilk mərhələsində uduzub.








Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR