Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz əl-Səudu qətlə yetirmək istəyiblər.

Metbuat.az xəbər verir ki, o, Malaziyada səfərdə olarkən bir qrup şəxs ona qarşı sui-qəsd planı hazırlayıb. Lakin hüquq-mühafizə orqanlarının səyi nəticəsində plan baş tutmayıb.

Malaziya polisinin məlumatına görə, hadisəylə bağlı 4-ü Yəmən vətəndaşı olmaqla 7 şübhəli saxlanılıb.

Qeyd edək ki, ötən ayın 26-da kral Kuala-Lumpura səfərə getmişdi.

Sübhan / Metbuat.az