Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Azərbaycanın qədim şəhəri, Qarapapaq türklərinin əsas yaşadığı diyar Dərbəndin havasından bizə el ağsaqqalı Fəxrəddin Oruc məlumat verir. Fəxrəddin bəy deyir ki, 131 min azərbaycanlının yaşadığı Dərbənddə hələ də, sərin ab-hava hökm sürür. Artıq qar tam əriyib, meşələrdə yaşıllaşır, güllər açıb.

“Hər il mart bir az sərt keçsə də, bu il yaz tez gəlib. Hava isinir. Dərbənd şəhərində iməciliklər keçirilir, bulaqlar təmizlənir. Azərbaycanlılar şəhərin yuxarı mahallarında yaşayır. Artıq Novruza hazırlığa başlamışıq. Tonqallar hazırlanır. Qarapapaqlar kimi bütün qumuqlar, noqaylar da bu bayramı keçiririk. Azərbaycanlıların yaşadığı heç bir yerdə Novruz Dərbənddəki kimi keçirilmir”.

Dərbənd: gecə: gündüz:

Bütöv Azərbaycanın HAVA PROQNOZU

11 mart: +5 +9

12 mart: +5 + 8

13 mart: + 6 + 9

14 mart: + 5 + 9

15 mart: + 5 +10

16 mart: + 5 +10

17 mart: + 6 + 8

Cənubi Azərbaycan

Şair-yazar Sayman Aruz Cənubi Azərbaycan şəhərlərindəki bugünkü bayram ab-havanın yüksək olduğunu deyir:

“İndi Urmiyada hava mülayimdir. Ümumiyyətlə bu şəhərdə hava çox sərt olmur, ona görə insanlar da mülayimdir. Bahar Urmiyaya daha tez gəlir. Buradakı bəzi adətlər var ki, onlar Təbrizdə unudulub. Məsələn, çərşənbə günləri Urmiyada insanlar çeşmə başına gedib kuzə doldurardılar ki, bəxtləri açılsın. Novruzun 13-cü günündə göyərtdikləri səmənini suya atıb, bəxtlərinin açılmağını arzu edərdilər. Təbrizdə isə hava nisbətən sərt olduğundan, mart ayı burada dərd ayı sayılır”.

S.Aruz deyir ki, Ərdəbil də hava indi nisbətən sərt olur. Bu bölgədə bahar bir az gec gəlir.

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Təbriz: gecə: gündüz:

11 mart: + 4 +14

12 mart: + 3 + 13

13 mart: + 2 + 13

14 mart: + 4 + 11

15 mart: + 1 +12

16 mart: + 2 +12

17 mart: 0 + 4

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Ərdəbil: gecə: gündüz:

11 mart: - 1 +10

12 mart: + 3 + 12

13 mart: + 1 + 13

14 mart: + 1 + 9

15 mart: + 3 +11

16 mart: + 1 +12

17 mart: - 2 + 3

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Zəncan: gecə: gündüz:

11 mart: + 3 +13

12 mart: + 3 + 12

13 mart: + 1 + 12

14 mart: + 2 + 9

15 mart: - 1 +11

16 mart: 0 +12

17 mart: + 1 + 7

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Xoy: gecə: gündüz:

11 mart: + 3 +11

12 mart: + 2 + 14

13 mart: + 2 + 14

14 mart: + 2 + 14

15 mart: + 1 +13

16 mart: + 1 +13

17 mart: + 1 + 5

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Həmədan: gecə: gündüz:

11 mart: + 3 +11

12 mart: + 2 + 12

13 mart: + 2 + 10

14 mart: + 1 + 9

15 mart: 0 +10

16 mart: + 1 +10

17 mart: + 1 + 8

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Urmiya: gecə: gündüz:

11 mart: + 2 +9

12 mart: + 2 + 12

13 mart: + 1 + 11

14 mart: + 0 + 10

15 mart: + 1 +11

16 mart: + 1 +11

17 mart: + 2 + 6

Qərbi Azərbaycan

İrəvanda da indi havanın temperaturu isinməyə başlayır. Artıq günəşli günlərin sayı artır. Sonuncu dəfə 1987-ci ildə İrəvanı atası Fərman Kərimzadə ilə gəzən Yeganə Kərimzadə xatirələrini bizimlə bölüşür:

“Sonuncu səfərimiz İrəvana həmin il mart-aprel aylarında oldu. Qəribədir ki, əvvəllər heç vaxt bayram günlərində İrəvana getməmişdik. Bu həm də mənim atamla sonuncu səfərim oldu. Atam mənə hər bir qarış torpağın tarixini danışa-danışa gəzdirdi. Qotur bulağının tarixini mənə elə danışırdı ki, adam həqiqətən vətəni sevməyin necə bir hiss olduğunu anlayırdı. Atamla həmin səfərimizdən sonra mən vətənin nə demək olduğunu anladım.Məni Sarı-Dolama qəbristanlığına aparmışdı, qəbirləri artıq ermənilər dağıtmışdılar. Vediyə gedən bir çökəklik var ki, ancaq oradan keçəndə Ağrı dağı görünmürdü, biz həmin yerdə də olduq.Bu məlumatı da atam mənə danışdı. Bir Dəhnəd kəndi var idi, ermənilər oranı xarabalığa çevirmişdilər, orada ailələr 1947-51-ci ildə köçürülmüşdülər. Evlərdəki hər şeyi ermənilər sökmüşdülər, ancaq divarlar qalmışdı. Heç kim də orda yurd salmamışdı. Atam o yerləri gəzdikcə sanki uşaqlaşırdı. Hətta yadımdadır ölüb orada qalmaq istədiyini demişdi”.

Bütöv Azərbaycanın HAVA PROQNOZU

İrəvan: gecə: gündüz:

11 mart: + 4 + 13

12 mart: + 4 + 14

13 mart: + 4 + 12

14 mart: + 3 + 13

15 mart: + 4 +11

16 mart: + 3 + 9

17 mart: + 1 + 4

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Dərələyəz: gecə: gündüz:

11 mart: + 3 + 13

12 mart: + 4 + 12

13 mart: + 1 + 11

14 mart: + 3 + 10

15 mart: + 2 +9

16 mart: + 3 + 9

17 mart: 0 + 1

Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə olan Göyçədə qışda yağan güclü qar, bu ayda yavaş-yavaş əriməyə başlayırdı. Bu sözləri yazıçı Rüstəm Dastanoğlu deyir. O, adət-ənənələrin Göyçədə çox yaxşı qorunduğunu da vurğulayır.

“ Biz bayramları xüsusi qeyd edərdik. Çərşənbə günləri bulaq başına gedər. Dərs vaxtı müəlliminə söz deməyə çəkinən şagirdlər belə həmin gün müəlliminin üzərinə su atırdı. Çünki bu bir çərşənbə adəti idi. Heç kim bu mərasimdən pis olmaz, əksinə çox əylənərdik. Bəzən qızlar kosa geyimi geyinib, kəndi gəzərdilər. Mütləq yaşlıların evi ziyarət edilərdi, insanlar xonça tutub bir-birinə qonaq gedərdi. Gənclər bayramı bulaq başında qeyd edərdilər. Bu ayda il ərzində yas düşən evlərdə qara bayramlar verilər, ölülərin qəbri ziyarət edilərdi”.

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Göyçə: gecə: gündüz:

11 mart: - 4 + 1

12 mart: - 3 + 3

13 mart: - 3 + 2

14 mart: - 2 + 3

15 mart: - 3 + 2

16 mart: - 3 + 1

17 mart: - 4 - 1

“Bizim mahalda bayrama bir ay qalmışdan hazırlıqlar başlayardı. Hər fevralın 10-da, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt yazın gəlişinin ilk müjdəçisi olan Xıdır Nəbi bayramını qeyd edərdik”. Bu sözləri isə Qərbi Azərbaycanın Ağbaba mahalı - Amasya rayonundan olan 82 yaşlı Qəndab Hacıyeva deyir.

Qəndab nənə deyir ki, bayramdan əvvəl qeyd edilən mərasimlərin məqsədi istiliyi çağırmaq, qışı yola salmaq idi:

“Yaxşı xatırlayıram, qovurğa qovurar, kirkirədə (əl daşı) çəkər və qovut hazırlayardıq. Fevralın 20-də isə “çilə-çilə” çağırardıq. Bayram günlərində hər evdə İrəvan kətəsi, şəkərbura, paxlava, qoğal kimi şirniyyatlardan ibarət xonça bəzədilər, şam yandırılar, ölənlərin xatirəsi yad edilərdi. Hansı evə getsən, görərdin ki, oranı yaxşıca təmizləyib, ya un, ya da əhənglə dirəkləri ağardıb bəzəyiblər. Novruza təmizlik, saflıq, şəffaflıq bayramı kimi baxılardı. Bu bayramda bütün küsülülər barışar, uşaqlara yeni geyimlər alınardı. Novruzu necə həsrətlə gözləyərdik”.

Q.Hacıyeva deyir ki, bayram ərəfəsində orada səməni göyərdilməyən ev tapılmazdı:

“Maraqlı adətlərdən biri də səməni bişirməkdir. Səməni cücərdəndə niyyət edib içinə muncuq atardıq. Əgər muncuğun içərisindən cüt cücərti çıxardısa, o zaman arzu çin olardı. Sonra həmin səməninin suyu sıxılıb unla qovrulardı. Kasa-kasa qonşulara paylayar, onlar da boş qaytarmamaq üçün kasanın içərisində nəmər verərdilər”.

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Ağbaba: gecə: gündüz:

11 mart: 0 + 9

12 mart: - 1 + 9

13 mart: - 1 + 8

14 mart: - 1 + 10

15 mart: - 1 + 8

16 mart: - 0 + 7

17 mart: - 3 + 2

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Zəngəzur: gecə: gündüz:

11 mart: + 6 + 11

12 mart: + 5 + 14

13 mart: + 5 + 10

14 mart: + 6 + 16

15 mart: + 5 + 12

16 mart: + 6 + 13

17 mart: + 4 + 11

Borçalı

İllər keçsə də, Borçalıda Novruza hazırlıq, adətlərin qorunur, deyən şairə Səadət Buta bizi bayram adətləri ilə də tanış etdi.

“İndi Borçalıda yazın ən gözəl bayramı olan Novruza hazırlıq gedir. Bəlkə də, Borçalıdan bütün bölgələrimizdən daha yaxşı qeyd olunur.Biz xüsusən, ilin axırıncı çərşənbəsini qeyd edirik. Həmin günə ilin axır gecəsi deyilir. O günə qədər təmizlik işləri başa çatmalı, hər kəsə yeni paltarlar alınmalıdır. İlin axır gecəsində cavan oğlanlar, qızlar bir evə toplaşır və səhərə qədər yatmır, çalıb-oynayırlar. Qulaq falına gedir, papaq atır, fala baxırlar. At yarışları keçirilirdi, indi də bu adətlər saxlanılır.Əvvəlkindən də yaxşı keçiririk. Marneulidə bir çayın kənarında çinar ağacı var.İnanca görə ilin axır çərşənbəsində həmin çınar başını əyib su içib. Hər bayramda onun ətrafında yarışlar təşkil edilir”.

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Borçalı: gecə: gündüz:

11 mart: + 2 + 6

12 mart: + 1 + 8

13 mart: + 1 + 8

14 mart: + 2 + 7

15 mart: + 1 + 7

16 mart: + 1 + 6

17 mart: - 1 + 2

Qarabağ

Bütöv Azərbaycanın HAVA PROQNOZU

“Mart ayında Şuşada qar olurdu. Aprelin axırı, mayın əvvəlində bənövşə, novruzgülü qarın altından çıxırdı. Bu ay qış ayı kimi hesab edilirdi”. Bu sözləri isə əslən Şuşadan olan xalq artisti Firəngiz Müətllimova deyir.

“Bayramı təmtəraqlı keçirirdik. Xüsusən də, axırıncı çərşənbədə tonqal qalanırdı, torba atırdıq. Hər kəs öz torbasına məxfi adlar yazırdı. Tanış uşaqlara adımızı deyirdik ki, torbamıza yaxşı pay qoysunlar. Yadımdadır mən oğlan paltarı geyinirdim, kömürdən özümə bığ çəkirdim ki, heç kim tanımasın. Hava qaralan kimi küçələrə düşürdük. Bəzən bəxtimizdən hava yaxşı olurdu, rahat papaq atırdıq, amma aşağı məhəllərlərdə palçıq olurdu. Şuşanın təbiəti elə idi ki, may ayında da qar yağırdı.

Mart ayında hinduşkanı qarın altında basdırırdıq. Bayrama xüsusi hazırlıq gedirdi. Mütləq qovurğa qovrulur, içinə tut qurusu, kişmiş, çətənə, küncüt qatılırdı. Bizdə bayram şirniyyatları fərqli olur. Bütün bölgələrdə şəkərbura, paxlava mütləq idisə, Şuşada daha çox külçə bişirirdik. Mütləq hər evdə bayrama 2-3 həftə qalmış səməni qoyulardı. Hər gün onun nə qədər cücərdiyini izləyirdik”.

Mart ayında Xankəndində hava isti olmazdı, amma çox da soyuq deyildi. Yer oyanır, ağaclar tumurcuqlayırdı. Millət vəkili Flora Qasımova Xankəndində keçirdiyi günlərini belə xatırlayır:

“Bu ayda ilk bənövşə, novruzgülü çıxırdı. Mən müəllimə işləyirdim, həyətlərdə çıxan ilk gülləri uşaqlar dərib məktəbə gətirərdilər. Xankəndindəki kimi Novruz bayramını heç yerdə qeyd etməmişəm. Kərkicahan məhəlləsində yaşayırdıq, anam müəllimə idi, buna görə evimizdə şəhərdə olsa da, biz kənddə yaşayırdıq. Çərşənbələrdə kənddə uzun bir qoz ağacında yeləncək qurulardı, hər kəs onun ətrafına toplanırdı. Hər evdə qovurğa olmalı, yuxa bişirilməli idi. Evində saçı olmayanlar qonşularla növbələşərdilər. Bayram günlərində nadir hallarda hava çiskinli olardı. Qışda odun peçi yandırıldığından divarların rəngi qaralardı, bayramdan əvvəl ev ağartmaq mütləq idi. Kərkicahanda da bir bulaq var idi, bayram günləri qabları həmin bulaqda yuyardılar. Mütləq uşaqlara təzə paltar alınmalı idi. Hər bayramda mən də təzə paltar alınmsını səbirsizliklə gözləyirim”.

Qarabağ: gecə: gündüz:

11 mart: + 3 + 13

12 mart: + 6 + 11

13 mart: + 5 + 12

14 mart: + 6 + 8

15 mart: + 5 + 8

16 mart: + 5 + 10

17 mart: + 5 + 10

Naxçıvan

Bütöv Azərbaycanın HAVA PROQNOZU

“İndi Ordubadda yaz havasıdır.Gün çıxıb, artıq yazın gəldiyini hiss edirik”-deyə bizə Ordubadın havasından həkim Kazım Mehdiyev məlumat verir,

K.Mehdiyev deyir ki, insanların əhval-ruhiyyəsi də yüksəkdir.

“Artıq insanların əhvalında da bayram ab-havası hiss olunur. Bizdə digər bölgələrdən fərqli olaraq ancaq axırıncı çərşənbə qeyd edilir. Həmin gün uşaqlı, böyüklü hamı bazara gedir.Həmin gün bazar daha zəngin olur. Mütləq axırıncı çərşənbədə hamı təzə paltarını geyinməlidir. Həmin gün axşam dama çıxır, atəşfəşanlıq edirlər. Axır çərşənbənin əsas yeməyi plovdur.

Naxçıvan: gecə: gündüz:

11 mart: + 6 + 17

12 mart: + 7 + 16

13 mart: + 7 + 15

14 mart: + 5 + 14

15 mart: + 6 + 14

16 mart: + 6 + 14

17 mart: + 6 + 14

Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bakı: gecə: gündüz:

11 mart: + 7 + 10

12 mart: + 7 + 10

13 mart: + 6 + 11

14 mart: + 6 + 12

15 mart: + 6 + 12

16 mart: + 6 + 11

17 mart: + 6 + 11

Gülxar