Uşaqlarda piylənmə bir çox inkişaf etmiş ölkələrin geniş yayılmış səhiyyə problemlərindən biridir.
Metbuat.az bildirir ki, piylənmənin profilaktikası uşaq doğulan andan başlayaraq bütün ailə üzvlərini əhatə etməlidir. Uşaqlarının pəhrizindən narahat olan valideynlər bu barədə daha ətraflı ailə həkimləri və ya patronaj tibb işçiləri ilə məsləhətləşə bilərlər.
Daha yaxşı olar ki, pəhriz fiziki fəaliyyət və oturaq həyat tərzi kimi məsələlərin il boyu qiymətləndirilməsi uşağın şəxsən iştirakı ilə həkim-pediatra gəlişində həll edilsin. Bu qiymətləndirmənin müvafiq əsasları ailənin hər bir üzvünə aiddir və ona riayət edilməlidir.
Həkimlər tərəfindən uşaqlara və ailə üzvlərinə aşağıdakılar tövsiyə edilir:
• şəkər və şəkər tərkibli (şirinləşdirilmiş) içkilərin istifadəsinə məhdudiyyət qoymaq
• məsləhət verilən miqdarda meyvə və tərəvəzli pəhrizə riayət etmək
• gündəlik səhər yeməyini qaçırmamaq
• hamının birlikdə nahar etməsi mümkünlüyünü əldə etmək
• evdən kənar, xüsusən “fast food” restoranlarında qidalanmamaq
• qida porsiyasını yaşa uyğun ölçülərlə tənzimləmək
• az yaşlı uşaqları televiziya qarşısına almamaq
• daha yuxarı yaşlı uşaqlarda isə televiziya, kompüter, planşet və s. oxşar cihazlardan istifadəni iki saatla məhdudlaşdırmaq
• uşaqların gündə 60 dəqiqə fiziki aktiv olmalarını (məs., həyətdə oynamaq, idman dərnəklərində məşğul olmaq, velosiped sürmək və s.) təmin etmək