Ziyil – dərinin qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir.

Metbuat.az bildirir ki, ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.

Ziyillərin bir neçə növü var:
Sadə ziyillər – kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər – xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər – məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir
Qocalıq ziyilləri – yaşlı adamlarda sinənin, qarnın, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur Ziyillərin aparılmasında dərman bitkiləri ilə müalicə yaxşı səmərə verir.

Gülümbahar çiçəyinin tozu
Qurudulmuş gülümbahar çiçəyi əzilib toz halına salınır və ziyilin üzərinə tökülür. Tənzif və ya parça ilə bintlə bağlanaraq bir gecə saxlanılır.

Sarımsaqlı xəmir
Bir diş sarımsaq əzilir, üzərinə bir çay qaşığı essensiya tökülür və xəmir qatılığını alana qədər un əlavə olunur. Alınan xəmirdən kiçik hissə götürülür və ziyilin üzərinə qoyulur, tənziflə bağlanır və 2-3 gün müddətində saxlanılır.

Soğan şirəsi
Bir baş söğanın şirəsi sıxılır və gündə 3 dəfə ziyilin üzərinə çəkilir.

Zəncorotu kökündən məlhəm
5 xörək qaşığı zəncirotu kökü həvəngdəstədə toz halına düşənədək döyülür, 25 qr yağa qatılır. Alınan məlhəm gündə 3 dəfə ziyillərin üstünə çəkilir.