Xırdalandakı partlayışla bağlı yeni məlumat: 2 ölü, 3 yaralı

Xırdalandakı partlayışla bağlı yeni məlumat: 2 ölü, 3 yaralı
13:41 7 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün saat 12 radələrində Xırdalan şəhərinində yerləşən taxta fabrikində baş verən partlayışla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb.

İlkin məlumatlara əsasən, hadisə buxarın normadan artıq yığılması ilə əlaqədar baş verib.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb. Digər işçilər Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev ağır yaralanıblar.

Yaraılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR