DIN Xırdalanda baş verən partlayışla bağlı məlumat yaydı

DIN Xırdalanda baş verən partlayışla bağlı məlumat yaydı
13:59 7 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İlkin məlumatlara əsasən, partlayış buxarın normadan artıq yığılması ilə əlaqədar olub. Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR