Hollandiyalı bir şagird Avstraliyanın Sidney şəhərinə yay tətilinə getmək istəyərkən səhv bilet alınca Kanadanın şimalındakı Sydney qəsəbəsinə gedib.
18 yaşlı Milan Şkipper bileti ucuz olduğu üçün aldığını söyləyib.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, hava yolu şirkəti Şkipperi Amsterdama pulsuz geri qaytarıb.
Şkipper Torontoda təyyarə dəyişdirdiyini: "İkinci təyyarə çox kiçik idi. Əslində bu təyyarə Sidneyə necə gedəcək deyə şübhələnmişdim", - deyib.
Qeyd edək ki, 2002-ci ildə gənc ingilis cütlük də eyni səhvi edərək Kanadaya getmişdi.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində