Kariyesin qarşısını alan yeni vasitə icad olundu

Rusiyada diş həkimləri kariyesin qarşısını alan nano material ixtira ediblər.

Metbuat.az bildirir ki, yeni vasitə antibakterial qoruyucu xüsusiyyəti ilə yanaşı, pasientlərin istifadə etdiyi implantların ömrünü uzatmasına kömək edir. Həkimlərin yeni ixtirası digər diş materiallarının hazırlanmasında da istifadə oluna bilər. Nano hissəcikləri müalicə prosesində tətbiq etdiklərini "Rosdent" klinikasının baş həkimi bildirib. Dəmir, titan, sink və digər metal oksidlərdən ibarət kiçik nano hissəciklərin xüsusiyyətləri araşdırılıb. Bu nano hissəciklər hətta çox kiçik konsentrasiyalalı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir. Eyni zamnda, stomatoloqların işini yüngülləşdirir. Çünki dişə qoyulan plombla diş arasında yaranan boşluqda iy və bakteriyaların yaranmasının qarşısını alır.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR