Tədqiqatçılar dünyanın ən çox və az siqaret çəkən ölkələrinin adlarını açıqlayıb.

Metbuat.az bildirir ki, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Hər 4 kişi və 20 qadından biri tütün asılılığından əziyyət çəkir. Mövcud göstərici davam etsə, bir əsr sonra dünyada 1 milyard insan ölə bilər.

Dünyanın ən çox siqaret çəkənləri isə Asiya ölkələrində yaşayır. İlk üçlüyü Çin, Hindistan və İndoneziya tutur. Bu ölkələrdə təxminən 400 milyon kişi müntəzəm siqaret istifadəçisidir. Ən çox siqaret çəkən qadınlara isə Amerika, Çin və Hindistanda rast gəlinir. Onların 13-17 milyonu müntəzəm və ya periodik şəkildə siqaret çəkir.

Qrenlandiya (44%), Bolqarıstan, Yunanıstan, Çernoqoriya, Makedoniya və Xorvatiya qadınları da siyahıda liderlik edir.

Rusiya, İndoneziya, Çin, Hindistan və ABŞ-da hər il 200-800 min insan tütün səbəbiylə vəfat edir.

Yüksək faizlə siqaret istifadəçiləri ilə yanaşı, siqaret çəkənlərin sayında azalma müşahidə edilən ölkələr də var. Bu siyahıda Hindistan liderlik edir. Burada 2005-ci ildən etibarən siqaret istifadəçilərinin sayında il ərzində 2-3% azalma müşahidə edilir.

Bu sahədə irəliləyiş olan ölkələr siyahısına Braziliya da daxildir. Burada son 27 ildə tütün istifadəçilərinin sayında 56-57% azalma müşahidə olunub.

Aytən Novruzova / Metbuat.az