Bakı. Trend:

Avstraliyanın Sidney şəhərində Olimpiya Parkında güclü yanğın baş verib. Trend-in məlumatına görə, həmin parkda yerləşən stadionalarda 2000-ci ildə Yay Olimpiya Oyunları keçirilib.

Yanğınla əlaqədar pakdakı stadion və meydançalardakı insanlar təxliyyə edilib.

Hadisə yerinə yanğınsöndürmə briqadasının 80 əməkdaşı cəlb edilib.