"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 16-ya çatıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 39 komandadan 33-nün adı bəllidi.
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq "Qarabağ"ın mümkün rəqiblərindən yeddisi digər səbətdə yer alıb. Lakin təmsilçimizin bəxtinə I təsnifat mərhələsinin cütləri də düşə bilər. "Zəiflər"in 9-u mümkün rəqib sayılır. Yalnız Ermənistan çempionu Ağdam klubuna rəqib ola bilməz. I raunddan başlayacaq 9 komanda, həmçinin buradan azad 7 klub "Qarabağ"ın potensial rəqibidi.
Burada "Dandalk", "Dudelanj", "Kukesi", "Samtredia"sı, Latviya "Spartak"ı, "Mariehamn" və "Vardar" kimi komandalar var. Bosniya və Herseqovina ilə Monteneqroda çempion olacaq klublar da bu siyahıya əlavə ediləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels) - 5,775
"Linfild" (Şimali İrlandiya) - 3,650
"Vikinqur" (Farer adaları) - 2,950
"Hibernians" (Malta) - 2,800
Səpələnməmişlər
"La Fiorita" (San-Marino) - 1,566
"Europa" (Cəbəllütariq) - 1,500
"İnfonet" (Estoniya) - 1,300
"Trepça" (Kosova) - 1,000
Qeyri-müəyyənlər
"Santa-Koloma" (Andorra) - 2,733
Ermənistan çempionu
II təsnifat mərhələsi
Səpələnmişlər
"Seltik" (Şotlandiya) - 42,785
"Zalsburq" (Avstriya) - 40,570
"Kopenhagen" (Danimarka) - 37,800
"Lüdoqorets" (Bolqarıstan) - 34,175
BATE (Belarus) - 29,475
APOEL (Kipr) - 26,210
"Maribor" (Sloveniya) - 21,125
"Qarabağ" (Azərbaycan) - 18,050
"Malmö" (İsveç) - 16,945
"Astana" (Qazaxıstan) - 16,800
"Partizan" (Serbiya) - 16,075
"Riyeka" (Xorvatiya) - 15,550
"Rusenborq" (Norveç) - 12,665
"Hapoel" (Beyer Şeva, İsrail) - 10,875
Səpələnməmişlər
"Dandalk" (İrlandiya) - 5,815
"Vardar" (Makedoniya) - 5,125
"Dudelanj" (Lüksemburq) - 4,975
"Kukesi" (Albaniya) - 4,550
Mariehamn" (Finlandiya) - 2,030
"Spartak" (Latviya) - 1,975
"Samtredia" (Gürcüstan) - 1,525
Bosniya və Herseqovina çempionu
Monteneqro çempionu
I təsnifat mərhələsinin 4 qalibi
Qeyri-müəyyənlər
"Hafnarfyordur" (İslandiya) - 6,175
"Jilina" (Slovakiya) - 5,850
"Jalgiris" (Litva) - 5,825
Polşa çempionu
Moldova çempionu
Macarıstan çempionu
I təsnifat mərhələsinin 1 qalibi
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində