Ramazanda siqaret çəkənlər 17 saat bu vərdişdən uzaq olduqları üçün gündəlik istehlak miqdarı azalır və nəticədə orqanizm nikotinin zəhərli təsirindən gün boyu təmizlənir.
Metbuat.az bildirir ki, Dünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara əsasən, siqaret çəkənlərin 70-80 faizinin ondan imtina etmək istədikləri müəyyən olub. Siqareti tibbi kömək almadan birbaşa tərgitmək istəyənlər psixoloji və fiziki fəsadlarla üzləşirlər. Siqaret tüstüsünün ağız borusu ilə sürətli şəkildə ağ ciyərə keçdiyi və cəmi 8 saniyə ərzində beyinə nüfuz etdiyi bildirilir. Nikotin beyində asılılıq yaradaraq sinir sistemində ciddi problemlərə səbəb olur.