Kişilərin nəzərinə

Balqabaq şirəsi unikal müalicəvi məhsuldur. Onun tərkibində A, B, E, K vitaminləri, müxtəlif minerallar və s. faydalı maddələr var.

Balqabağın bişirilməsi zamanı bu maddələrin bir çox hissəsi dağılır, şirədə isə onlar saxlanılır.

Metbuat.az balqabaq şirəsinin faydalarını təqdim edir:

Balqabaq şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Balqabaq şirəsi ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün çox faydalıdır.

Bu şirə kişi sağlamlığına da çox müsbət təsir edir. Prostat vəzi xəstəlikləri olan kişilərə həkimlər hər gün, gündə 1 stəkan olmaqla bu şirəni qəbul etmək tövsiyə edirlər. Müalicə kursu - 2-3 həftə.

Balqabaq şirəsi orqanizmə cavanlaşdırıcı təsir edir, orqanizmin tonusunu artırır.

Qaraciyər xəstəlikləri zamanı da şirə müalicəvi və profilaktik məhsul kimi istifadə oluna bilər. Balqabaq və onun şirəsi qaraciyərin ən xoşladığı məhsullardan biridir.

Balqabaq şirəsi qədimdə sidik ifrazı sisteminin iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.

Balqabaq şirəsi öd kisəsinə və öd yollarına müsbət təsir edir, durğunluğu azaldır.

Artıq çəkidən əziyyət çəkən insanlar da bu şirədən faydalana bilərlər. Balqabaq şirəsi az kalorili məhsuldur, mübadilə proseslərini yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir.

A vitamini və karotinlə zəngin olan balqabaq şirəsini uşaqların qidalanmasına daxil etmək lazımdır. A vitamini uşağın boyatma və inkişaf proseslərində böyük rol oynayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı