"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşib
00:37 5 İyun 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Polşa çempionatında "Legiya"nın qalib olması ilə birlikdə bütün suallara aydınlıq gəlib.

Belə ki, daha əvvəl Slovakiyada birinci olmuş "Jilina"nın hansı səbətdə yer alacağı bu ölkənin çempionunun reytinqindən asılı idi.
 
İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında "Legiya" çempionumuz kimi səpələnmişlər sırasında yer alacaq. Belə olan halda isə milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Jilina" səpələnməmişlərdən biri kimi ağdamlıların potensial rəqibi olub.
 
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
 
Səpələnmişlər sırasında yer alacaq "Qarabağ" 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
 
"Zəiflər"in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə "Qarabağ"la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdursa, biri hələ dəqiqləşməyib.
 
Çempionlar Liqası

I təsnifat mərhələsi
 
Səpələnmişlər
TNS (Uels) - 5,775
"Linfild" (Şimali İrlandiya) - 3,650
"Vikinqur" (Farer adaları) - 2,950
"Hibernians" (Malta) - 2,800
"Santa-Koloma" (Andorra) - 2,733
 
Səpələnməmişlər
"Alaskert" (Ermənistan) - 2,525
"La Fiorita" (San-Marino) - 1,566
"Europa" (Cəbəllütariq) - 1,500
"İnfonet" (Estoniya) - 1,300
"Trepça" (Kosova) - 1,000
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər
"Seltik" (Şotlandiya) - 42,785
"Zalsburq" (Avstriya) - 40,570
"Kopenhagen" (Danimarka) - 37,800
"Lüdoqorets" (Bolqarıstan) - 34,175
BATE (Belarus) - 29,475
"Legiya" (Polşa) - 28,450
APOEL (Kipr) - 26,210
"Maribor" (Sloveniya) - 21,125
"Qarabağ" (Azərbaycan) - 18,050
"Malmö" (İsveç) - 16,945
"Astana" (Qazaxıstan) - 16,800
"Partizan" (Serbiya) - 16,075
"Riyeka" (Xorvatiya) - 15,550
"Rusenborq" (Norveç) - 12,665
"Şerif" (Moldova) - 11,150
"Hapoel" (Beyer Şeva, İsrail) - 10,875
"Hafnarfyordur" (İslandiya) - 6,175
 
Səpələnməmişlər
"Jilina" (Slovakiya) - 5,850
"Jalgiris" (Litva) - 5,825
"Dandalk" (İrlandiya) - 5,815
"Vardar" (Makedoniya) - 5,125
"Dudelanj" (Lüksemburq) - 4,975
"Kukesi" (Albaniya) - 4,550
"Zrinski" (Bosniya və Herseqovina) - 4,050
"Buduçnost" (Monteneqro) - 3,300
"Honved" (Macarıstan) - 2,900
"Mariehamn" (Finlandiya) - 2,030
"Spartak" (Latviya) - 1,975
"Samtredia" (Gürcüstan) - 1,525

I təsnifat mərhələsinin 5 qalibi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR