"İnter" üçün ardıcıl iki "zəif"

"İnter" üçün ardıcıl iki "zəif"
09:17 5 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsində yarışacaq daha 4 komandanın adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıya yeni daxil olan komandalar təmsilçilərimiz "İnter" və "Zirə" kimi səpələnmişlər sırasında yer alacaqlar və onlara rəqib olmayacaqlar.

Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 99-a çatıb. Bu 99 klubdan 50-nin səpələnmiş, 49-nun isə səpələnməmiş olduğu dəqiqləşib. Yarışa bu mərhələdən başlayacaq iştirakçılardan yalnız birinin adı müəyyənləşməyib. Bolqarıstan təmsilçisi olacaq həmin komanda səpələnməmişlərin sırasına qoşulacaq və "İnter"lə "Zirə"nin mümkün rəqibi olacaq.
 
49 səpələnməmişdən 47-si Azərbaycan komandaları ilə görüşə bilər. Ermənistan təmsilçiləri "Pünik" və "Qandzasar" isə Bakı klublarına rəqib olmayacaq.
 
Avropa Liqası
I təsnifat mərhələsi
 
Səpələnmişlər
"Makkabi" (Təl-Əviv, İsrail), "Midtyulland" (Danimarka), "Dinamo" (Belarus), "Lex" (Polşa), HİK (Finlandiya), AİK (İsveç), "Voyvodina" (Serbiya), "Videoton" (Macarıstan), AEL (Kipr), "Şaxtyor" (Belarus), "Slovan" (Slovakiya), "Srvena Zvezda" (Serbiya), "Trençin" (Slovakiya), "Skenderbeu" (Albaniya), "Rayndorf" (Avstriya), "Sent Conston" (Şotlandiya), AEK (Kipr), "İnter" (Azərbaycan), "Beytar" (İsrail),  "Ventspils" (Latviya), "Odd" (Norveç), "Kayrat" (Qazaxıstan), "Osiyek" (Xorvatiya), "Sarayevo" (Bosniya və Herseqovina), "Reykyavik" (İslandiya), "Norçepinq" (İsveç), "Milsami" (Moldova), "Lyunqbyu" (Danimarka), "Kalyu" (Estoniya), "Jelezniçar" (Bosniya və Herseqovina), "Botev" (Bolqarıstan), "Olimpiya" (Sloveniya), "Valletta" (Malta), "Vaduts" (Lixtenşteyn), "Yagelloniya" (Polşa), MOİK (Bolqarıstan), "Styarnan" (İslandiya), "Hoqesund" (Norveç), "Domjale" (Sloveniya), "Ordabaşı" (Qazaxıstan), "Levadiya" (Estoniya), "Ferensvaroş" (Macarıstan), "Kruzaders" (Şimali İrlandiya), "Rabotniçki" (Makedoniya), "Qlazqo Reyncers" (Şotlandiya), "Şirak" (Ermənistan), "Daçiya" (Moldova), "Mladost" (Monteneqro), "Zirə" (Azərbaycan), "İrtış" (Qazaxıstan)
 
Səpələnməmişlər
"Şiroki Briyeq" (Bosniya və Herseqovina), "Fola" (Lüksemburq), "Differdanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), "Nova Qoritsa" (Sloveniya), "Sutyeska" (Monteneqro), "Pünik" (Ermənistan), "Partizani" (Albaniya), "Mladost" (Serbiya), "Şemrok Rovers" (İrlandiya), "Flora" (Estoniya), "Çixura" (Gürcüstan), "Linkoln" (Cəbəllütariq), "Yelqava" (Latviya), SJK (Finlandiya), "Kork Siti" (İrlandiya), "Zeta" (Monteneqro), B-36 (Farer adaları), "Rujomberok" (Slovakiya), "Derri Siti" (İrlandiya), "Liepaya" (Latviya), "Zarya" (Moldova), "Vaasa" (Finlandiya), "Valyur" (İslandiya), "Vaşaş" (Macarıstan), "Atlantas" (Litva), "Suduva" (Litva), "Tirana" (Albaniya), "Qandzasar" (Ermənistan), "Torpedo" (Gürcüstan), "Trakai" (Litva), "Tre Penne" (San-Marino), "Bala Taun" (Uels), "Dinamo" (Batumi, Gürcüstan), "Runavik" (Farer adaları), "Baltsan" (Malta), "Konnak" (Uels), "Banqor" (Uels), "UE Santa Koloma" (Andorra), "Proqres" (Lüksemburq), "Pelister" (Makedoniya), "Folqor" (San Marino), "Floriana" (Malta), "Kolreyn" (Şimali İrlandiya), "Ballimena" (Şimali İrlandiya), "Sent Culiya" (Andorra), "Klaksvik" (Farer adaları), "Sent Cozef" (Cəbəllütariq), "Priştina" (Kosovo), Bolqarıstan təmsilçisi
 
Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qəbələ" isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Bu "16-lığ"ın isə bütün üzvləri məlumdu. Onlardan 12-si səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan "Qəbələ" nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.
 
I təsnifat mərhələsinin 50 cütündən 21-i səpələnmiş, 29-u isə səpələnməmiş olacaq. Premyer Liqanı 3-cü pillədə tamamlayan "İnter" ilk mərhələdə olduğu kimi, turu keçəcəyi halda II təsnifat mərhələsində də səpələnmişlərdən olacaq.
 
II təsnifat mərhələsi
Səpələnmişlər
"Qalatasaray" (Türkiyə), "Astra" (Rumıniya), "Hayduk" (Xorvatiya), "Apollon" (Kipr), "Mlada Boleslav" (Çexiya), "Luzern" (İsveçrə), "Brondbü" (Danimarka), "Qəbələ" (Azərbaycan), "Aberdin" (Şotlandiya), "Utrext" (Hollandiya), "Şturm" (Avstriya), "Panionios" (Yunanıstan)
 
Səpələnməmişlər
"Bney Yehuda" (İsrail), "Dinamo" (Brest, Belarus), "Ostersun" (İsveç), "Brann" (Norveç),
 
Qeyd edək ki, avrokubokların ilk iki mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR