“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri - SİYAHI

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri -   SİYAHI
10:07 5 İyun 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, son potensial rəqib "Legiya" olub.


Komanda ötən gün Polşa çempionatının qalibi adını qazanaraq Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Bununla da bütün suallara aydınlıq gəlib. Daha əvvəl Slovakiyada birinci olmuş “Jilina”nın hansı səbətdə yer alacağı bu ölkənin çempionunun reytinqindən asılı idi.


İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında “Legiya” çempionumuz kimi "səpələnmişlər" sırasında yer alacaq. Belə olan halda isə milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” "səpələnməmişlər"dən biri kimi ağdamlıların potensial rəqibi olub.


Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək. "Səpələnmişlər" sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.


“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb "səpələnməmiş" olan 12 rəqibdən 11-i məlumdursa, biri hələ dəqiqləşməyib.


Çempionlar Liqası

I təsnifat mərhələsi


Səpələnmişlər

TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Hibernians” (Malta)

“Santa-Koloma” (Andorra)


Səpələnməmişlər

“Alaskert” (Ermənistan)

“La Fiorita” (San-Marino)

“Europa” (Cəbəllütariq)

“İnfonet” (Estoniya)

“Trepça” (Kosova)


II təsnifat mərhələsi


Səpələnmişlər

“Seltik” (Şotlandiya)

“Zalsburq” (Avstriya)

“Kopenhagen” (Danimarka) 

“Lüdoqorets” (Bolqarıstan) 

BATE (Belarus)

“Legiya” (Polşa) 

APOEL (Cənubi Kipr)

“Maribor” (Sloveniya)

“Qarabağ” (Azərbaycan)

“Malmö” (İsveç)

“Astana” (Qazaxıstan)

“Partizan” (Serbiya)

“Riyeka” (Xorvatiya)

“Rusenborq” (Norveç)

“Şerif” (Moldova)

“Hapoel” (Beyer Şeva, İsrail)

“Hafnarfyordur” (İslandiya)


Səpələnməmişlər

“Jilina” (Slovakiya) 

“Jalgiris” (Litva) 

“Dandalk” (İrlandiya)

“Vardar” (Makedoniya) 

“Dudelanj” (Lüksemburq) 

“Kukesi” (Albaniya) 

“Zrinski” (Bosniya və Herseqovina)

“Buduçnost” (Monteneqro) 

“Honved” (Macarıstan) 

“Mariehamn” (Finlandiya) 

“Spartak” (Latviya) 

“Samtredia” (Gürcüstan)

I təsnifat mərhələsinin 5 qalibi


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraban-cempionlar-liqasndak-potensial-rqiblri-t58527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR