“Əks halda müharibə...” - Vaşinqtondan Pekinə XATIRLATMA

“Əks halda müharibə...” - Vaşinqtondan Pekinə XATIRLATMA
10:53 5 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Koreya Xalq Demokratik Respublikası ətrafında vəziyyətin nizama salınması üzrə daha daha çox iş görməlidir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson Sidneydə Avstraliyanın xarici işlər naziri Culi Bişopla görüşündə bildirib.

“Çin və digər regional partnyorlar təhlükəsizliklə bağlı vəziyyəti həll etməyə kömək etmək üçün səyləri aktivləşdirməlidir. Şimali Koreya yalnız region üçün deyil, bütün dünya üçün təhlükə təşkil edir”, - ABŞ-ın xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Daha əvvəl mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

Nəşrin məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib. Hazırda Şimali Koreyanın xarici ticarətinin dövriyyəsinin 90 faizi Çinin payına düşür.

Bildirilir ki, Pekin Pxenyana təzyiq göstərilməsi üçün 100 gün möhlət verməyi xahiş edib.

Qeyd edək ki, Tramp Çin lideri ilə Vaşinqtonda aprelin 7-də görüşüb. Gözlənildiyi kimi, liderlər 100 günün nəticələrinin G7-nin (“Böyük yeddilik”) iyulda keçiriləcək sammitində müüzakirə edəcəklər.

Vaşinqton bəyan edib ki, Pxenyanın nüvə və raket proqramını dayandırmaq üçün hərbi müdaxilə də olmaqla, bütün variantlar masadadır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR