Bakıda uşaqlar Üçün möhtəşəm Bayram!
3 - 4 may Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkil etdiyi, Milli Turizm təbliği Bürosunun və Heydər Əliyev Sarayının dəstəyi ilə, Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Save The Children's World" Beynəlxalq incəsənət festivalı keçirilmişdir. Tədbirlər iyunun 3-ü Mirzə Ələkbər Sabir bağının ərazisində, iyunun 4-ü isə Heydər Əliyev Sarayında keçirilib. Festivalda Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və İran, rəqs vokal və instrumental ansamblları iştirak etmişdirlər.
Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov "Qeyd edək ki, Beynəlxalq rəqs festivallarının keçirilməsində məqsəd ölkələr arasında mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı, eyni zamanda milli dəyərlərimizin - mədəniyyət, folklor və adətlərimizin təbliği, həmçinin insanlar, xüsusiylə gənclər arasında sağlam - mədəni həyat tərzinin formalaşmasına təkan verməkdir. Biz bu çətin işdə, Heydər Əliyev Sarayının, bütün kollektivə və şəxsən direktoruna - Fərhad Babayeva, həmçinin şəxsən Milli Turizm təbliği Bürosunun rəhbərinə - Fuad Nağıyeva yardımlarına görə çox təşəkkür edirik! Həmçinin Tükənməyən informasiya dəstəyi göstərdiyinə görə Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az agentliklərinə təşəkkür edirik. Yalnız sizin hərtərəfli dəstəyiniz sayəsində biz uşaqlar üçün onların bayramında belə möhtəşəm tədbirləri təşkil edə bilərik!" - deyə bildirdi.
c