Malayziya Hərbi Qüvvələrinə məxsus təyyarə radarlardan itib.
Metbuat.az xəbər verir ki, təyyarənin havaya qalxandan az sonra radarlardan itdiyi bildirilir. Axtarış işləri davam etdirilir.
Qeyd edək ki, 3 il öncə də oxşar hadisə baş vermişdi. İçərisində 239 nəfərin olduğu, Kuala-Lumpur-Pekin səfərini həyata keçirən Malayziya Hava Yollarına aid təyyarə yoxa çıxmışdı.
Aytən Novruzova / Metbuat.az